25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
01 2024 09:51

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində xatirə ağacları əkilib.
Sonra təlim meydanında xüsusi təyinatlıların istifadəsində olan müasir silah və texnikaya baxış keçirilib.

Nazirliyin rəhbər heyəti komanda müşahidə məntəqəsinə gələrək xüsusi təyinatlıların nümayiş dərslərini izləyib.

Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyət qarşısında çıxış edib. Xüsusi təyinatlıların Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Şəxsi heyətə gələcək xidmətlərində uğurlar arzulanıb.

XTQ komandanı tərəfindən müdafiə naziri general-polkovnik Zakir Həsənova və digər rəhbər heyətə XTQ-nin 25-ci ildönümünü tərənnüm edən xatirə nişanları təqdim edilib.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman, qiymətli hədiyyə və vaxtından əvvəl hərbi rütbələr təqdim olunub.

 


21 May 2024
Cəmiyyət

Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır

Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.

21 May 2024
Cəmiyyət

İmtahan nəticələri açıqlandı - bir nəfər yüksək nəticə göstərib

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

21 May 2024
Cəmiyyət

Ceyhun Bayramovla Əli Baqiri Kani arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani arasında telefon danışığı olub.

21 May 2024
Cəmiyyət

Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib

Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.